TVS

Tez-tez verilən suallar



Open API - Bank məlumatlarının yaradılan proqramlarda istifadə edilməsi üçün JSON formatında təqdim edilən məlumatlar toplusudur.

Quantum-un məqsədi böyük şirkətlərə, kiçik müəssisələrə, startap-lara və proqramçılara müasir üsullarla xidmət göstərməkdir.
Üzərində ödəniş xidmətləri olan tətbiq və ya sistem yaratmaq istəyən istənilən şəxs bu API-lərdən istifadə edə bilər.

Quantum platformasında bir neçə növ API-lər var. Açıq API-lər (ATM-lar, filiallar və s. haqqında məlumatlar) heç bir identifikasiya tələb etmir və buna görə də TPP-nin və PSU-nun API istifadə etməsi üçün Bank Respublika müştərisi olmağı zəruri deyil.

Buna baxmayaraq, avtorizasiya tələb edən API-lər (müştəri məlumatları təqdim edən və hesablar üzərində əməliyyatlar aparmaq üçün olan API-lər) üçün PSU Bank Respublika müştərisi olmalıdır, amma TPP üçün şərt deyil.

Quantum API-lər vasitəsilə 4 kateqoriyada xidmətlər təklif edir, bunlar haqqında ətraflı məlumat əldə etmək üçün API Məhsullarımız bölməsinə baxa bilərsiniz.

İstifadəçi Quantum-a ilk dəfə daxil olduqda ona hesabının aktiv edilməsi üçün e-poçt vasitəsilə təsdiqləmə məktubu göndərilir. Məktubda göndərilən məlumatlar vasitəsilə istifadəçi öz hesabını aktivləşdirə bilər.

TPP açıq bankçılığın tərkib hissəsi kimi təqdim olunmuş səlahiyyətli onlayn xidmət təminatçısıdır. Onlar sizin bank ilə olan əlaqələrinizdən kənarda mövcud olub, həyata keçirdiyiniz onlayn əməliyyatlarda iştirak edə bilərlər.

TPP - Üçüncü Şəxs Xidmət Təminatçısı (Third Party Provider)

PSU - Ödəmə Xidmətinin İstifadəçisi (Payment Service User)

API-ləri istifadə etmək üçün API Məhsullarımız menyusundan Dokumentasiya ilə tanış ola bilərsiniz.

Quantum-un təqdim etdiyi API-lərin tətbiq edilməsi asandır. Bunun üçün Quantum Developer Portalında göstərilən təlimatları izləmək kifayətdir. Portalda API-lər və işlənmə üsulları ətraflı şəkildə izah edilir və nümunələr istifadə olunur. Əlavə olaraq, Quantum komandası istifadəçilərə API-nin tətbiqində kömək etməyə hazırdır.

Developer Portalda, API istifadə qaydaları ətraflı izah olunub. Lakin, hər hansı bir sual və ya çətinlik yarandığı zaman Quantum komandası sizə kömək etməyə hazırdır.

Bank Respublikanın təqdim etdiyi API-lərin istifadəsi pulsuzdur.

Bəli, mümkündür. API-lərin istifadəsi üçün heç bir məhdudiyyət qoyulmayıb və bir TPP istifadəçisi bir neçə sistemdə Quantum API-ləri tətbiq edə bilər.

Quantum API-lərindən istifadə edən istənilən şəxs API-ləri Developer Portal üzərindən təqdim olunan Sandbox bölməsində yoxlaya bilər.

Quantum API-lərdə verilən məlumatlar hər zaman ən son versiyada əks olunacaqdır. Bir istifadəçi TPP xidməti üzərindəki hesabında hər hansı bir əməliyyat etdikdən sonra sistem yenilənir və istifadəçi məlumatların yenilənmiş versiyasını görə bilir.

İstifadəçi məlumatları banklar haqqında qanuna və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində qorunur.

Sandbox-da verilmiş məlumatlar yalnız test üçündür, başqa sözlə, real məlumat deyildir, amma quruluşu eynidir.