Quantum nədir?

Quantum Open Banking platforması Bank Respublika tərəfindən təqdim edilmiş yeni bir sistemdir. Quantum platforması ilə təqdim olunan Open API-lər Bank Respublikanın xidmət şəbəkəsini genişləndirmək üçün yaradılan yeni texnologiyadır. Bu texnologiyanın köməkliyi ilə partnyor şirkətlər, FinTex, Startaplar öz yaratdıqları məhsullarda Bankın xidmətlərini tətbiq edərək müştəriləri üçün asan icra edilən sistem yaratmış olacaqlar.

Məqsədimiz Open API istifadə edərək standart müştəri bank (Closed Bank) sistemlərindən artıq daha əlçatan (Open Banking) sistemə keçməkdir.