Şərtlər və qaydalar

1. Giriş
İnternet səhifəsində çap edilmiş vebsaytla bağlı bu Standart Şərtlər Toplusu internet səhifəsindən sizin istifadənizi tənzimləmək məqsədilə hazırlanmışdır. Bu şərtlər toplusu tam şəkildə tətbiq edilərək internet səhifəsinin istifadəsinə təsir göstərəcəkdir. Vebsaytdan istifadə etməklə, Siz burada yazılan bütün şərtlərlə razılaşdığınızı və onları qəbul etdiyinizi təsdiqləyirsiniz. Vebsaytlar bağlı Standart Şərtlərin hər hansı biri ilə razı deyilsinizsə, o zaman Vebsaytdan istifadə etməyin.

2. Əqli Mülkiyyət Hüquqları

Hazırkı Şərtlərə uyğun olaraq, Sizə aid olan kontentdən başqa Vebsaytda olan bütün əqli mülkiyyət hüquqları və materiallar Bank Respublikaya və \ yaxud onun lisenziyaçılarına malikdir.

Sizə yalnız Vebsaytdakı materialları görə bilməniz üçün məhdud lisenziya\icazə verilir.

3. Qadağalar

Aşağıdakıların hər biri Sizə qadağan edilir
•    Vebsaytdakı hər hansı materialın hər hansı digər informasiya vasitəsində dərc edilməsi;
•    Vebsaytdakı hər hansı materialın satılması, sub-lisenziyaya verilməsi və ya digər şəkildə kommersiya məqsədilə istifadə edilməsi;
•    Vebsaytdakı hər hansı materialın ictimai şəkildə nümayiş etdirilməsi
•    Vebsaytdan Vebsayta ziyan verən və ya verə biləcək şəkildə istifadə edilməsi;
•    Vebsaytdan onun istifadəçilərinin Vebsayta çıxışına təsir edən şəkildə istifadə edilməsi;
•    Hazırkı Vebsaytın müvafiq qanun və qaydalara zidd olaraq, yaxud Vebsayta, şəxsə və ya müəssisəyə ziyan verəcək formada istifadə edilməsi;
•    Hər hansı məlumat axtarışı, məlumat çıxarışı yaxud Vebsaytla bağlı bu qəbildən olan digər fəaliyyətlərlə məşğul olmaq;
•    Vebsaytdan reklam yaxud marketinq məqsədilə istifadə edilməsi.

Bu Vebsaytın bəzi bölmələrinə Sizin çıxışınız qadağandır və Bank Respublika tam olaraq öz sərəncamı əsasında istənilən zaman Vebsaytın istənilən bölməsinə Sizin çıxışınızı məhdudlaşdıra bilər. Vebsayt üçün istifadə etdiyiniz bütün istifadəçi adları (ID) və parol\şifrələr məxfidir və Siz onların məxfiliyinin qorunması üçün məsuliyyət daşıyırsınız.

4. Sizin kontent

Hazırkı Vebsaytın Standart Şərtlər toplusunda “Sizin Kontent” dedikdə Vebsaytda nümayiş etdirdiyiniz hər hansı audio, video mətn, şəkil və ya digər materiallar nəzərdə tutulur. Sizin Kontentin nümayiş etdirilməsi nəticəsində Siz Bank Respublikaya hər hansı və bütün materialların istifadəsi, nüsxələnməsi, uyğunlaşdırılması, dərc edilməsi, tərcümə edilməsi və paylaşılması ilə bağlı qeyri-müstəsna, qlobal olaraq geri çağrıla bilməyən, sub-lisenziya edilə bilən icazə vermis olursunuz.

Sizin Kontent sizə məxsus olmalıdır və heç bir üçüncü şəxslərin hüquqlarını pozmamalıdır. Bank Respublika əvvəlcədən xəbərdarlıq etmədən istənilən zaman Vebsaytdan Sizin Kontenti silmək hüququna malikdir.

5. Zəmanətlər

Hazırkı Vebsayt bütün zəiflik və çatışmazlıqları ilə birlikdə “olduğu kimi” təqdim edilmişdir və Vebsaytla yaxud Vebsaytda əks etdirilən materiallarla bağlı Bank Respublika heç bir zəmanət və ya təminat verməyir. Bundan əlavə, Vebsaytdakı materiallar heç bir halda Sizə verilən məsləhət kimi qəbul edilməməlidir.

6. Məhdud məsuliyyət

Bu öhdəliyin müqavilədə göstərilməsindən asılı olmayaraq, Bank Respublika, onun rəhbərliyi, direktorları və işçiləri heç bir halda Vebsaytdan Sizin istifadə etməniz nəticəsində və ya onunla əlaqədar olaraq baş vermis heç bir hadisəyə görə məsuliyyət daşımayır. Bank Respublika, o cümlədən onun rəhbərliyi, direktorları və işçiləri Vebsaytdan Sizin istifadəniz nəticəsində və ya onunla bağlı olaraq haranmış birbaşa, dolayı və ya xüsusi öhdəliyə görə heç bir şəkildə məsuliyyət daşımayır.

7. Məsuliyyətdən azad etmə

Hazırkı Şərtlər Toplusunu imzalamaqla hazırkı Şərtlər toplusunun hər hansı müddəasını Sizin pozmanız nəticəsində yaranmış hər hansı və bütün öhdəliklərdən, xərclərdən, tələblərdən, iddialardan, ziyan və zərərdən Bank Respublikanı tam və maksimal şəkildə azad edirsiniz.

8. Şərtlərin ayrılması

Hazırkı Şərtlər toplusunun hər hansı müddəası müvafiq qanuna uyğun olaraq qüvvədən düşmüş hesab edilərsə, həmin müddəa Toplunun digər müddəalarına heç bir şəkildə təsir etmədən sənəddən çıxarılacaqdır.

9. Əlavə və düzəlişlər

Bank Respublika münasib hesab etdiyi hər hansı bir vaxtda bu Şərtlər Toplusunda dəyişikliklər edə bilər və Vebsaytdan istifadə edərkən Siz mütəmadi olaraq Şərtlər toplusunu nəzərdən keçirməlisiniz.

10. Hüquqların ötürülməsi

Bank Respublika əvvəlcədən heç bir xəbərdarlıq etmədən hazırkı Şərtlər toplusu ilə bağlı özünün hüquq və ya öhdəliklərini assiqnasiya edə, ötürə və ya sub-müqavilə ilə təhkim edə bilər. Lakin, Şərtlər Toplusu ilə bağlı Sizin hüquq yaxud öhdəlikləriniz assiqnasiya edilə, ötürülə və ya sub-müqavilə ilə təyin edilə bilməz.

11. Müqavilənin bütövlüyü

Hazırkı Şərtlər Toplusu Vebsaytdan Sizin istifadə etmənizlə bağlı Bank Respublika və Sizin aranızda tam müqaviləni təşkil edir və daha əvvəl bağlanmış bütün müqavilə və razılaşmalardan üstün hesab edilir.

12. Tətbiq edilən qanun və yurisdiksiya

Hazırkı Şərtlər toplusu Azərbaycan Respublikasının qanunlarına uyğun tənzimlənir və hər hansı mübahisələrin həlli zamanı Siz dövlətin və Azərbaycan Respublikası ərazisində yerləşən dövlət\federal məhkəmələrin qeyri-müstəsna yurisdiksiyasını qəbul edir və onlara tabe olursunuz.